Alla Puqaçova Türkiyədə konsert verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya estrada musiqisinin tanınmış nümayəndəsi Alla Puqaçova Türkiyədə solo konsert proqramı ilə səhnəyə çıxmağa hazırlaşır. Sənətçinin çıxışını izləmək istəyənlər isə biletlər üçün kifayət qədər böyük məbləğ ödəməli olacaqlar.
BAKU.WS xəbər verir ki, prodüser Andrey Razin bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, konsert 2027-ci il mayın 1-də İstanbulda yerləşən "Çırağan Palace Kempinski" hotelində baş tutacaq. Təxminən 90 dəqiqə davam edəcək tədbirə giriş biletinin qiyməti 6 000 avro (təxminən 11 200 manat) təşkil edəcək.
Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Rusiyanı tərk edib. Ailə əvvəlcə İsraildə yaşayıb, daha sonra Kiprə köçüb. Hazırda Limassolda kirayə götürdükləri villada yaşayırlar.
Oxşar xəbərlər
Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu ödəməlidir. BAKU.WS "...