Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", – hökumət başçısı vurğulayıb.
Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.
Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.
Oxşar xəbərlər
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr
Azərbaycanın Avropanın üçüncü ən böyük iqtisadiyyatına sahib olan İtaliya ilə strateji tərəfdaşlığı yeni mərhələyə keçib. Artıq qarşılıqlı münasibətlərdə bir ço...