Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Netanyahu özü isə müddətin əvvəlində baş nazirin müavini vəzifəsini tutmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 27-də İsraildə parlament seçkisi keçirilib. Seçkilərin nəticələrinə əsasən, Netanyahunun "Likud" partiyası 27 mandatla birinci, Ayzenkotun "Yaşar" partiyası isə 21 mandatla ikinci yeri tutub.
Noyabrın 8-də İsrail Prezidenti İsxak Hersoq Knessetdə (parlamentdə) təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə məsləhətləşmələrdən sonra yeni hökumətin formalaşdırılmasını Ayzenkota həvalə edib. Məsləhətləşmələrdə iştirak edən partiyaların əksəriyyəti "Yaşar" liderinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.
Bundan sonra Ayzenkotun 120 deputatdan ibarət Knessetdə deputatların əksəriyyətinin dəstəyini qazanaraq hakim koalisiya formalaşdırması üçün qanunla nəzərdə tutulan 28 günlük müddətin hesablanmasına başlanılıb.
Oxşar xəbərlər
Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çı...