Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında video yayımlayaraq mərhum həmkarı İlham Razinin ailəsi üçün yardım toplanıldığını bildirib.
Bu vəsait 10000 manat məbləğində olub. Pul mərhumun oğlu İlyasa verilib.
Klarnetçi Hüseyn özü isə İlham Razinin ailəsinə avtomobil hədiyyə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl musiqiçi İlham Razi faciəvi şəkildə həyatını itirib. Bundan sonra Hüseyn həmkarlarına müraciət edərək onun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib.
Oxşar xəbərlər
"Star Trek" filminin ulduzu 86 yaşında öldü
Böyük Britaniyalı aktyor Patrik Stüart vəfat edib. BAKU.WS xəbər verir ki, "Emmy" və "Qızıl Qlobus" mükafatları laureatı olan aktyorun vəfatı ilə bağlı məlumat...