Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu

Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu
Hadisə 36

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, toplantıda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rəyasət Heyətinin üzvlüyündən çıxarılması ilə bağlı ümumi yığıncağa təqdim olunan qərara baxılıb.

AMEA Rəyasət Heyətinin qərarı səsə qoyulub və R.Mehdiyevin qurumun üzvlüyündən kənarlaşdırılması təsdiqlənib.

Xatırladaq ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə təqsirləndirilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Ramiz Mehdiyev akademiyanın üzvlüyündən qovulmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər