Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO
24
okt
2026
10:05
Bakıda kafelərin birində kütləvi dava baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin "Ceyhun Sabunçu" kimi tanındığı bildirilir.
Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Hadisə anının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Zaqatalada həyət evlərindən oğurluq - 1 nəfər tutuldu
Zaqatalada evdən pul oğurlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, poli...