Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Foto
Siyasət 11

Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

BAKU.WS xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"BMT Günü münasibətilə Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

Birləşmiş Millətlər Günü mübarək!"- paylaşımda qeyd olunub.

Son xəbərlər