Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
23
okt
2026
15:01
Əməkdar artist Firuzə İbadova ilk dəfə xəstəliyinin nə olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "Şadlıq olsun" verilişinə telefonla bağlanarkən bildirib.
Firuzə İbadova, onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb:
"Məndə möcüzə oldu. Həkimlər görüntü ilə əməliyyat etdilər. Şişlər var idi. Beş şiş çıxartdılar. Biri mədəmin altında, üçü göbək ətrafımda, biri isə fərqli yerdə idi. Fəsadlar törədirdi, ayaqlarım tutulurdu. Şişlər çıxarılanda altında toxumalar olur. Həkim onları təmizlədi".
Oxşar xəbərlər
ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o məşhur müğənni Meray Kerinin...