Firuzə İbadova 2 aydır yataqdan qalxmır
Əməkdar artist Firuzə İbadovanın səhhətində problem yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov sosial şəbəkədə video paylaşıb.
O qeyd edib ki, Firuzə İbadova artıq iki aydan çoxdur ki, yataq xəstəsidir:
"Böyük əməliyyat keçirib. Onun yanına ikinci dəfədir gəlirəm. İstəyərdim ki, sənət dostlarımız da gəlib baş çəksinlər. O cür gözəl sənətkardır. Çox istəyərdim ki, səhhəti yaxşı olanda onunla görüşənlər indi də gəlib görüşsünlər. İki aydır yataqdadır. İki böyük əməliyyat keçiridb. Həkim deyib ki, üçüncü dəfə də əməliyyat olunmalıdır. Bizim borcumuzdur onun yanında olaq. Həmişə mehriban olub. Bu gün yanında qızı Hülyadır. Səhərdən axşama qədər onun qayğısına qalır".
Ətraflı videoda:
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...