Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum"

Kadir İnanırın sürücüsü: Ona qan verdim deyə işdən qovuldum
Şou-biznes 105

Mərhum aktyor Kadir İnanırın vəsiyyət qalmaqalı hələ də davam edir. Bu dəfə aktyorun sürücüsü verdiyi açıqlama ilə gündəmi alt-üst edib.

BAKU.WS xəbər verir ki, Ali Qarqa "Sabah" qəzetinə açıqlamasında etirafı ilə diqqət çəkib.

O İnanırın təcili qan ehtiyacının yarandığını və ona kömək etmək istədiyi üçün işdən çıxarıldığını iddia edib.

Sürücü bildirib ki, xəstəxanada Kadir İnanıra təcili qan lazım olduğunu öyrənəndə həkimə eyni qan qrupuna sahib olduğunu və donor ola biləcəyini deyib.

Qan verdikdən sonra xəstəxanaya qayıdan Qarqa, Jülide Kuralın sərt reaksiyası ilə qarşılaşdığını söyləyib:

"Jülide xanım mənə "Məndən soruşmadan niyə qan verməyə gedirsən?" deyə qışqırdı və işimə son verdi".

Ali Qarqa Jülide Kuralın xəstəxanada olmadığı vaxtlarda da Kadir İnanırı ziyarət etdiyini deyib.

Onun sözlərinə görə, bir dəfə aktyorun əlindən tutaraq halını soruşub. Bu zaman İnanırın gözləri yaşla dolub, lakin o, heç nə edə bilməyib.

Sürücüsü aktyorun həmin dövrdə öz qərarlarını sərbəst şəkildə ifadə etmək imkanının olmadığını iddia edib:

"Özündə olsaydı, məni əsla işdən çıxarmazdı. Yataq xəstəsi idi, heç danışa da bilmirdi".

Garga həmçinin Jülide Kuralın onun Kadir İnanıra olan bağlılığından narahat olduğunu və aktyorun ətrafında belə insanların olmasını istəmədiyini irəli sürüb.

Kadir İnanırın mirasını Jülide Kuralın ixtiyarına verməsi məsələsinə də toxunan Ali Garga bunun onu təəccübləndirdiyini bildirib.

O, aktyorun səhhətində problemlər yarandıqdan sonra belə bir qərarın verilməsinə şübhə ilə yanaşdığını ifadə edib:

"Bunu öz iradəsi ilə edərdimi? Bilmirəm. Amma məni öz iradəsi ilə işdən çıxarmadığına inanıram".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər