Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
Fransada xanım səfirlər üçün nahar təşkil olunub və ölkənin birinci xanımı Bricit Makronun qatıldığı tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.
BAKU.WS xəbər verir ki, L. Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı.
Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.
Azərbaycanın Fransadakı səfiri bu görüşə görə təşəkkür edib.
Le déjeuner des femmes Ambassadeurs avec la Première dame de la France. Des discussions sincères sur des sujets importants: les femmes, les enfants, l'éducation, la santé et bien plus encore. Merci Madame Brigitte Macron pour votre temps et pour votre hospitalité! https://t.co/sl7CIv0uJQ
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 20, 2026
Oxşar xəbərlər
"Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşdığı mesaj Türkiyə mətbuatında geniş müzakir...