Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq"

Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - Təcili yardım deyir biz o əraziyə baxmırıq
Video
Hadisə 118

Qazax rayonunun Təzə Məhlə adlanan ərazisində - Alı Mustafayev, Osman Sarıvəlli və Xətai küçələrində yaşayan sakinlərə təcili tibbi yardım xidmətinin göstərilmədiyi iddia edilir.

BAKU.WS xəbər verir ki, bu barədə rayon sakini, bloger Cavanşir Rafiqoğlu paylaşım edib.

O, bildirib ki, sözügedən ərazidə yaşayan sakinlər təcili yardım çağırarkən Ağstafa rayonu üzrə müvafiq şöbəyə yönləndirilirlər.

"Ağstafadakı aidiyyəti qurum isə məsələyə baxmadığını bildirir. Sonra bizə başqa bir nömrə verir və həmin nömrəyə zəng ödənişlidir. Əgər telefonunda balans yoxdursa qalıb orada öləcəksən".

Bloger vurğulayıb ki, atasının beyninə qan sızıb, vəziyyəti pisdir və ona ilkin tibbi yardım göstərilməyib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq. Məsələ ilə əlaqədar məlumat veriləcəyi qeyd edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər