Gəncədə bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti açıqlandı
Gəncə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"Oktyabrın 17-də saat 19:30-da 1976-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Döş qəfəsinin və qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Qeyd edək ki, ilkin məlumata görə, hadisəni 15 yaşlı yeniyetmənin törətdiyi ehtimal olunur. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Mü...