Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
19
okt
2026
09:32
"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.
Oxşar xəbərlər
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan şəhərin...