Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib.
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...