Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele-mühafizəsi və avtomatikanın yoxlanılması işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələri, Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Masallı rayonunun Ərkivan qəsəbəsinə səfər edilib. Rəsmi statistikaya görə, Ərkivanda 18 mindən çox i...