"Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım"

Aşk-ı Memnunun villasını ziyarət edən Xəyalə Quliyeva: Xatirələrimə ağlayırdım
Şou-biznes 179

"Ən gözəl serialdır. Sadəcə senarsini nəzərdə tutmuram. Orada rejissor işi, aktyor işi, geyim rəssamı hamısı bir-birini tamamlayıb. Az qala 20 il keçib. Lakin Bihterin, Firdevsin geyimləri, stili bu gün də aktualdır. Geyim rəssamı çox dəqiqliklə işləyib. Mən o ekran işinə rejissor gözü ilə baxıram ki, ən gözəl serialdır. Sadəcə telefonlardan bilinir ki, illər əvvəl çəkilib. Qalan hər bir şey o qədər müasir çəkilib, bu gün də aktualdır. Artıq 17 ildir mən o seriala baxıram".

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva "Aşk-ı Memnu" serialından danışarkən deyib.

"Qonaqcanlı" verilişinə qonaq olan aktrisa Türkiyədə "Aşk-ı Memnu"nun çəkildiyi villanı ziyarət edərkən yaşadığı kövrək anlara da açıqlama gətirib. O bildirib ki, əslində orada seriala görə yox, xatirələrinə görə kövrələrək ağlayıb:

"Biz o seriala anamla, xalamla baxırdıq. Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin. Onlar dünyasını dəyişdi. Hətta xalam dünyasını dəyişəndə beynimdə belə bir şey yarandı ki, o "Aşk-ı Memnu"nun finalını görmədi. Serialın fanatı idi. Ora getdim, onlar yadıma düşdü, duyğulandım. Həm sevdiyim serialın məkanı, həmdə o serialı birlikdə izlədiyim yaxınlarımın həyatda olmamağına kövrəldim. Ümumiyyətlə, tək orada yox, insan bir yerdə nəyəsə kövrəlirsə, o vəziyyətə kövrəlmir. Özünün ruh halına, özünün xatirəsinə kövrəlir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər