Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm"
Məşhur model Miranda Kerrin gözəllik sirri hamını təəccübləndirib.
BAKU.WS xəbər verir ki, o "Stellar" jurnalına verdiyi müsahibəsində səhhətindəki problemlər və riayət etdiyi xüsusi qidalanma rejimindən danışıb.
Uzun müddətdir bağırsaq iltihabından əziyyət çəkdiyini bildirən model, qan analizlərindən sonra qidasına daha həssas yanaşmağa başladığını qeyd edib.
"Həmişə sağlamlığıma diqqət etdiyimi düşünürdüm, lakin verdiyim qan analizləri bəzi problemləri üzə çıxardı. Məndə proktit (düz bağırsağın iltihabı) aşkarlandı. Bu, iltihabi bağırsaq xəstəliyi olduğu üçün artıq nə yediyimə maksimum dərəcədə diqqət yetirməliyəm" - deyə o bildirib.
Sağlamlığını bərpa etmək üçün fərqli qidalara müraciət edən Miranda Kerr, rasionuna bizon və maral əti əlavə etdiyini açıqlayıb:
"Uşaqlarım bizon əti yeməsə də, mən yeyirəm, maral əti də yeyirəm, çünki bu orqanizmimə yaxşı təsir edir. Adətən maral əti çox az yağlıdır və təbii zülalla zəngindir. Sağlamlığıma həddindən artıq önəm verirəm".
Oxşar xəbərlər
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova sosial şəbəkədə Xalq artisti atası Rəşid Behbudovla bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o mərhum atası ilə bağlı indiyə...