Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram"
Bəzən mənə yaxınlaşıb deyirlər ki, sən də populyar müğənnisən. Açıq deyim ki, bəzi dırnaqarası müğənnilərlə eyni sırada məni də populyar adlandırıldığım üçün mən utanıram. Cəmi iki-üç gündür səhnəyə çıxan insanlara da populyar deyirlər, mənə də populyar deyirlər. Ona görə də bu sözü işlətmək istəmirəm. Mənə görə, "sənətkarlarımızın yadigarı" ifadəsi daha doğrudur.
BAKU.WS xəbər verir ki, bu sözləri "Sevilən səhər" verilişinə qonaq olan müğənni Səidə Dadaşova deyib.
O bildirib ki, 30 ildir bu sənətdədir. Lakin bəzi verilişlərdə onu yeni sənətə gələn müğənni ilə eyni təqdim edirlər:
"Bəzən deyirlər ki "İndi isə növbəti populyar müğənni gəlir". Üç gündür səhnəyə çıxan adam da mənimlə eyni sırada populyar adlandırılır. Mən isə 30 ildir oxuyuram. Bəzən elə olur ki, mən onlarla eyni səhnədə çıxış etməyə utanıram. Mən ora qonaq kimi gəlirəm. Sadəcə baxıram, görürəm ki, bu adamı tanımıram. Sonra düşünürəm ki, bu insan necə populyar olub? Axı populyardırsa, ən azından mən də onu tanımalıyam, səsini eşitməliyəm".
Oxşar xəbərlər
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova sosial şəbəkədə Xalq artisti atası Rəşid Behbudovla bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o mərhum atası ilə bağlı indiyə...