"Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı
Türkiyəli fenomen Cansu Taşkın "Kızılcık Şerbeti" serialının aktyor heyətindən çıxarıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Taşkın bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Fenomenin sözlərinə görə, o, başqa bir layihədə iştirak etmək təklifindən imtina edərək "Kızılcık Şerbeti"ni seçib. Lakin sonradan bu qərarından peşman olduğunu bildirib.
Cansu Taşkın serialın tizerində göründüyü gün layihədən uzaqlaşdırıldığını qeyd edib. O, başına gələnləri gözlənilməz hadisə kimi dəyərləndirərək, zəhmətinin qarşılığını ala bilmədiyini vurğulayıb.
"Birdən-birə mən də bu vəziyyətlə üzləşdim. Qısası, çörəyimlə oynanıldı. Allahın öhdəsinə buraxıram, O hər şeyi bilir və görür", – deyə fenomen paylaşımında yazıb.
Qeyd edək ki, Cansu Taşkının serialdan hansı səbəbdən uzaqlaşdırıldığı hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...