Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20
okt
2026
11:52
Azərbaycanda 2025-ci ildə 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.
Onun sözlərinə görə, 707 nəfərdə xəstəlik profilaktik müayinələr zamanı aşkarlanıb:
"Xəstələrin 1 573-də xəstəlik I–II, 915-də III, 440-da isə IV mərhələlərdə müəyyən edilib".
Baş həkim vurğulayıb ki, hesabat ilinin sonuna olan məlumata görə, Azərbaycanda ümumilikdə 18 515 qadın onkoloji xəstə kimi qeydiyyatda olub.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
Oxşar xəbərlər
Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır"
"Hazırda Azərbaycanda 22 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-ci ildə 2 ödəniş təşkilatı, 2025-ci ildə isə 2 elektron...