ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq müzakirə olunub.
Bu barədə BAKU.WS-ə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, müzakirə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko arasında baş tutub.
Görüşdə ANAMA-nın yaradılması tarixi, fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Dmitro Şlapaçenko humanitar minatəmizləmə fəaliyyətinin Qarabağda təhlükəsiz həyatın bərpasında mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, BMT ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Azərbaycanda 2025-ci ildə 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Milli Onkologiya Mərkəzinin baş həkimi Az...