Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı
Azərbaycanəsilli rusiyalı reper Navai Bəkirovla bağlı Qazaxıstanda açılan cinayət işi üzrə icraata xitam verilib. Sənətçi ölkədən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Zakon.kz" Jambıl vilayətinin Polis Departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Navai oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkarlanıb.
Polis orqanının açıqlamasına görə, reperlə bağlı cinayət işinə onun ilk dəfə hüquq pozuntusu törətməsi və törətdiyi əmələ görə fəal peşmanlıq göstərməsi nəzərə alınaraq, bəraətverici olmayan əsaslarla xitam verilib.
Qərarın nəzarət orqanı tərəfindən təsdiqləndiyi, bundan sonra isə əcnəbi vətəndaşın Qazaxıstan ərazisindən çıxarıldığı bildirilib.
Oxşar xəbərlər
Donald Tramp: "Paris tezliklə müsəlman şəhərinə çevriləcək"
ABŞ Prezidenti Donald Tramp Fransada cərəyan edən kütləvi iğtişaşlarla bağlı sərt bəyanatlarla çıxış edib. BAKU.WS xəbər verir ki, rəsmi Parisin miqrasiya siya...