Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
Dünya 14

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın Baş naziri Mixail Mişustinlə Düşənbədə keçirilən görüşdə bildirib.

"İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur", – deyə Aref bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında yaranmış hazırkı vəziyyətə görə məsuliyyət ABŞ-ın üzərinə düşür: "Sonda bunun müvafiq bədəlini Vaşinqton ödəməli olacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər