Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib
Milyarder iş adamı və "Tesla" şirkətinin rəhbəri İlon Mask ABŞ-də keçiriləcək aralıq seçkilərdə respublikaçı namizədləri dəstəkləmək üçün 200 milyon dollardan çox vəsait ayırıb.
BAKU.WS xəbər verir ki, Federal Seçki Komissiyasının açıqladığı maliyyə hesabatlarına əsasən, sentyabrın 30-da başa çatan üç aylıq dövrdə Maskın ianələrinin böyük hissəsi - 158 milyon dolları Senat Liderlik Fonduna yönəlib. Bu qurum respublikaçıların Senat seçkilərindəki namizədlərini dəstəkləyən siyasi fəaliyyət komitəsidir.
Mask həmçinin 2024-cü il seçkiləri zamanı yaratdığı "America PAC" təşkilatına 80 milyon dollardan çox vəsait köçürüb. Bundan əlavə, Texas ştatında respublikaçı senator Ken Pakstonun tərəfdarlarını dəstəkləyən "Lone Star Liberty PAC" qrupuna 10 milyon dollar ianə edib.
"America PAC" son rübdə Pakstonun demokrat rəqibi Ceyms Talarikoya qarşı rəqəmsal təbliğat, poçt göndərişləri və telefon zəngləri üçün milyonlarla dollar xərcləyib.
Məlumata görə, 2026-cı il aralıq seçkilərində respublikaçılar Konqresin hər iki palatasında - Nümayəndələr Palatasında və Senatda çoxluğu itirmək riski ilə üzləşirlər.
Analitiklərin fikrincə, texnologiya sektorunun rəhbərlərinin respublikaçılara maliyyə dəstəyi göstərməsinin səbəblərindən biri dövlət tənzimləmələrinin məhdud saxlanılması istəyidir. Texasda biznes üçün daha az tənzimləmə və şəxsi gəlir vergisinin olmaması da Maskın bu ştata marağını artıran amillər sırasında göstərilir.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...