ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarını bölgədəki mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb. Amerikalılara uçuşların ləğvi və hava məkanının bağlanması ehtimalını nəzərə almaları tövsiyə olunub.
BAKU.WS xəbər verir ki, Dövlət Departamentinin konsulluq məsələləri üzrə bölməsi sosial şəbəkədə yaydığı açıqlamada bölgəyə səfər edən və ya oradan qayıdan ABŞ vətəndaşlarına hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı məlumatları mütəmadi izləməyi tövsiyə edib.
Açıqlamada Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində mülki obyektlərə və kritik infrastruktura ziyan dəydiyi bildirilib. Qeyd olunub ki, bu hadisələr səfərlərdə və hava nəqliyyatında fasilələrə səbəb olub.
ABŞ tərəfi hadisələrin Yaxın Şərqdən kənara da sürətlə yayıla biləcəyini vurğulayaraq, vətəndaşları mümkün fövqəladə vəziyyətlər üçün əvvəlcədən plan hazırlamağa çağırıb.
Oxşar xəbərlər
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Yaxın Şərqdəki son müharibə ABŞ hərbi bazalarının mövcudluğunun bölgə ölkələri üçün təhlükə olduğunu göstərib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ba...