ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb

ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb
Dünya 20

ABŞ ordusu 2026-cı ildə uzaqmənzilli Precision Strike Missile (PrSM) raketlərinin alınması üçün təxminən 550 milyon dollar vəsait ayırıb. Satınalma ilə bağlı məlumatların Pentaqonun iri müqavilələr siyahısında açıqlanmadığı bildirilir.

BAKU.WS xəbər verir ki, sənədlərə əsasən, ABŞ Quru Qoşunları raketlərin alınması üçün sifarişi 2026-cı ilin martında verib. Müqaviləyə edilən dəyişikliklərdən sonra maliyyələşdirmənin həcmi təxminən 539 milyon dollara çatıb. Bundan əlavə, raketlərin istehsalı ilə bağlı əvvəlki müqavilələrə 9,8 milyon dollar əlavə edilib.

Məlumata görə, satınalma "Lockheed Martin" şirkəti ilə bağlanmış çoxillik müqavilə çərçivəsində həyata keçirilib. Bu səbəbdən sifariş və sonradan artırılan xərclər Pentaqonun iri müqavilələrə dair ümumi hesabatında yer almayıb.

Qeyd edək ki, ABŞ daha əvvəl yeni nəsil PrSM Increment 4 raketinin hazırlanması üçün beş şirkət seçib. Bu raketlərin M142 HIMARS yaylım atəşli reaktiv sistemlərindən buraxılması və 1 000 kilometrdən artıq məsafədə hərəkət edən dəniz və quru hədəflərini vurması nəzərdə tutulur. Layihədə "Anduril", "Castelion", "Lockheed Martin", "Mach Industries" və "RTX" şirkətləri iştirak edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər