Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK?

Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK?
Açıqlama
Sosial 74

"İşsizlikdən sığortanın kredit götürən şəxslərə münasibətdə tətbiqi bank sektorunda risklərin bölüşdürülməsinə və kredit öhdəliklərinin daha etibarlı idarə olunmasına xidmət edə bilər. Yeni mexanizm bankların risklərini azalda, bu isə gələcəkdə kredit faizlərinə müəyyən dərəcədə təsir göstərə bilər".

Bunu BAKU.WS-ə açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, mexanizmin kredit faizlərinə təsirini iki istiqamətdə qiymətləndirmək lazımdır:

"İlk növbədə, kreditin sığortalanması bankın risklərini aşağı sala bilər. Risklərin azalması bankların kreditləşmə zamanı çəkdiyi xərclərin optimallaşdırılmasına, o cümlədən ehtiyatların idarə edilməsinə daha az vəsait yönəldilməsinə şərait yarada bilər. Nəticədə, bankların kredit faizlərini azaltması üçün imkan formalaşa bilər.

Digər tərəfdən, sığorta xidmətinin özü də əlavə xərc yaradır. Bu xərcin kredit faizlərinə hansı səviyyədə təsir edəcəyini isə indidən dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki hələlik işsizlikdən sığortanın əhatə dairəsi, hansı hallarda qüvvəyə minəcəyi, sığorta şərtləri və xidmətin qiymətinin necə hesablanacağı tam aydın deyil.

Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK?

Bütün bu parametrlər dəqiqləşdikdən sonra yeni mexanizmin kredit faizlərinə təsiri ilə bağlı daha əsaslandırılmış proqnoz vermək mümkün olacaq. Hazırkı mərhələdə risklərin azalmasının faizlərə endirici təsiri ilə sığorta xidmətinin yaratdığı əlavə xərcin təsiri arasında hansı nisbətin yaranacağı məlum deyil".

Əvvəl götürülmüş kreditlərə şamil olunacaqmı?

Əvvəlki kreditlərə gəlincə, iqtisadçı bildirib ki, mexanizmin tətbiqi bankların müvafiq sığorta məhsulunu müştərilərə təklif etməsini nəzərdə tuta bilər, lakin müştərinin bu xidmətdən istifadə etməsi könüllülük prinsipinə əsaslanır:

"İşsizlikdən sığorta məhsulu kredit götürülməzdən əvvəl müştəriyə təklif edilən xidmət olduğundan, əsasən yeni kreditlərə şamil olunması gözlənilir. Bu baxımdan, əvvəldən bağlanmış kredit müqavilələrinin avtomatik olaraq yeni mexanizmin əhatəsinə düşəcəyi qənaətinə gəlmək düzgün olmaz.

Bununla belə, kreditin restrukturizasiyası zamanı fərqli vəziyyət yarana bilər. Belə hallarda bankla müştəri arasında yeni müqavilə bağlanarsa, sığorta məhsulunun təklif edilməsi də mümkün ola bilər. Lakin restrukturizasiya edilmiş kreditlər üzrə risklərin daha yüksək qiymətləndirilməsi sığorta şirkətlərinin daha yüksək xidmət haqqı müəyyənləşdirməsinə və ya sığortanı qəbul etməməsinə səbəb ola bilər".

Kredit götürənlərin NƏZƏRİNƏ - İşini itirənlərin borcunu sığorta ÖDƏYƏCƏK?

İşini itirən vətəndaşın kredit borcu necə qorunacaq?

R.Həsənov vurğulayıb ki, bu mexanizmin vətəndaşlar üçün əsas üstünlüyü iş yerini itirdikləri halda kredit öhdəliklərinin yaratdığı maliyyə yükünü müəyyən qədər azaltmaq imkanıdır:

"Belə ki, sığorta şərtləri müvafiq halı əhatə edərsə, borcalan işini itirdikdən və gəlirləri azaldıqdan sonra kredit ödənişlərinin sığorta şirkəti tərəfindən qarşılanması mümkün ola bilər. Bu, ailə büdcəsində yaranan çətinliklərin və ödəmə qabiliyyətinin zəifləməsinin nəticələrini yumşalda bilər.

Bununla yanaşı, sığortanın hansı hallarda ödəniş edəcəyi, kompensasiyanın məbləği və müddəti, eləcə də tətbiq olunacaq istisnalar müəyyənləşdikdən sonra vətəndaşların real olaraq hansı təminat əldə edəcəyi aydınlaşacaq".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər