Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən paytaxtın Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını təlbə edib. Sürücü ona avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs əsəbi halda tələblərinə davam edib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək xuliqanlıq əlamətləri daşıyan hərəkətlərə yol verib.
Həmin şəxs avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub, daha sonra avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə videogörüntüyə alınıb.
Faktla bağlı polisin "102" qaynar xəttinə məlumat verilib, müvafiq tədbirlər görülür.
Hadisəni əks etdirən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, həbs edilən aptek müd...