"Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Elcan Rəsulov kövrək anları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Zarafat bir yana" şousuna qonaq olan aktyor atasının onun qucağında dünyasını dəyişdiyini bildirib.
Elcan bu barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:
"Atam öz qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı var idi. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm".
Ətraflı videoda:
Oxşar xəbərlər
Məşhur aktyor bu səbəbdən işlədiyi şirkətin qonaq evində qalır
Məşhur aktyor Tarık Papuççuoğlu mirasını övladlarına bağışlayıb. BAKU.WS xəbər verir ki, o bu barədə özü açıqlama verib. Aktyor qeyd edib ki, övladlarının onu...