Prokuror keçmiş vəkilə ağır cəza istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə edilən sənədlərin tədqiqinə başlanılıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsi başlayıb. Prokuror dövlət ittihamının müdafiəsi zamanı Namizəd Səfərovun 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Növbəti proses noyabrın 26-na təyin edilib.
Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Biləcəridə iri ağac aşdı - Yol bağlandı
Biləcəridə irigövdəli ağac yola aşıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə qəsəbənin Yahya Hüseynov küçəsində qeyd...