İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb

İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb
Foto
Sosial 22

İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər