Sabah Bakıda bu ərazilərdə su olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərində, eləcə də Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümid, Sahil, Qızıldaş, Buta, Korgöz və Şanqar qəsəbələrində, həmçinin AZNS yaşayış massivində içməli suyun verilişi məhdudlaşdırılıb.
Su təchizatının gün ərzində mərhələlərlə bərpa olunacağı gözlənilir.
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabaha müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, noyabrın 1...