Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral

Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral
Sosial 3

2026-cı ilin noyabrından başlayaraq 2027-ci ilin fevralınadək səmada ardıcıl dörd super Ay hadisəsi müşahidə olunacaq. Bu müddətdə Ayın Yerə yaxınlaşması onun adi vaxtdan daha böyük və parlaq görünməsinə səbəb olacaq.

BAKU.WS xəbər verir ki, astronomiya təqviminə əsasən, ilk super Ay noyabrın 24-də müşahidə ediləcək. Sonrakı hadisələr isə dekabrın 23-24-də, 2027-ci il yanvarın 22-də və fevralın 20-də baş verəcək.

Bu silsilənin ən diqqətçəkən hadisələrindən biri dekabrda gözlənilir. Həmin gecə Ay Yerdən təxminən 356 min 740 kilometr məsafədə olacaq.

NASA-nın məlumatına görə, Ay Yerə ən yaxın və ən uzaq mövqelərində olduqda onun görünən ölçüsü 14 faizə qədər fərqlənə, parlaqlığı isə 30 faizə qədər arta bilər.

Super Ayı müşahidə etmək üçün xüsusi teleskopa ehtiyac yoxdur. Havanın açıq olduğu ərazilərdə onu adi gözlə izləmək mümkün olacaq. Şəhər işıqlarından uzaq məkanlar və açıq üfüq müşahidə üçün daha əlverişlidir.

Ayın Yerə yaxınlaşması dənizlərdə qabarma və çəkilmələrə də təsir göstərə bilər. Bununla belə, gelgitlərin səviyyəsinə külək, atmosfer təzyiqi və sahil relyefi də təsir edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər