Damarlar üçün ən zərərli qida kombinasiyası açıqlanıb

Damarlar üçün ən zərərli qida kombinasiyası açıqlanıb
Sosial 0
Sadə karbohidratlarla rafinə edilmiş bitki yağlarının birlikdə qəbulu damar sağlamlığına ciddi zərər verə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə həkim, "Healthnet" Milli Texnoloji Təşəbbüsünün və "Sağlamların Sağlamlığı" İttifaqının eksperti Andrey Martyuşev-Poklad "RT"yə açıqlamasında bildirib.

Mütəxəssis ən zərərli qidalar sırasında ponçikləri və yağda qızardılmış kartofu xüsusi qeyd edib.

Onun sözlərinə görə, bu məhsullar damarların daxili qatına (endotelə) mənfi təsir göstərir və insulinin həddindən artıq ifrazına səbəb olur. Şəkər və nişasta isə qlikasiya məhsullarının yaranmasını və oksidləşdirici stressi sürətləndirir.

Həkim əlavə edib ki, xüsusilə yüksək temperaturda qızdırılmış, linol turşusu ilə zəngin bitki yağları lipidlərin oksidləşməsi nəticəsində zərərli birləşmələrin yaranmasına şərait yarada bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər