Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd olunub ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.
Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.
Oxşar xəbərlər
Büdcə üçün risk: Hesablama Palatası açıqladı
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məsələ Hesablama Pal...