SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 150 min 739 tona yaxın aviasiya yanacağı (kerosin) istehsal edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 22 min 689 ton və ya 13,1 % azdır.
Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 497 min 371 tona yaxın avisiya yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 86 min 803 ton və ya 14,8 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.
Oxşar xəbərlər
Sabiq nazirə ağır itki üz verdi
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun anası Fatma xanım vəf...