Əhalinin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək.
BAKU.WS-in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulub.
Sənədə əsasən, müəyyən edilmiş bəzi ərazilərdə istilik mövsümü noyabrın 15-dən başlayır, istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək.
"Azəristilik" ASC-nin açıqladığı statistikaya əsasən, ölkə üzrə 3 800 yaşayış binası, 449 təhsil müəssisəsi və 152 səhiyyə obyekti istilik xidməti ilə əhatə olunur.
Bununla yanaşı, 2 500 sosial və təsərrüfat təyinatlı obyektə də istilik təchizatı xidmətləri göstərilir.
Oxşar xəbərlər
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin t...