Jurnalistə qarşı zorakılığa haqq qazandıran müəllimlə bağlı narazılıq: Təhsil Nazirliyinə çağırış edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə müəllimin jurnalistə qarşı törədilən zorakılığa haqq qazandırması narazılığa səbəb olub.
Məsələ ilə bağlı BAKU.WS-in "qaynar xətti"nə yazaraq narahatlığını ifadə edən vətəndaş həmin şəxsin müəllim kimi fəaliyyət göstərməsini xüsusilə qəbuledilməz hesab edib.
Onun fikrincə, jurnalistə qarşı zorakılığın istehza və lağ obyektinə çevrilməsi təkcə etik normalara deyil, həm də müəllimlik peşəsinin mənəvi prinsiplərinə ziddir.
"Orta məktəbdə media mənsubunu döyən vandalları da belə "Müəllimlər" yetişdirir insanlığa qarşı düşmən olan vandal topluluğu da. Təhsil Nazirliyi təcili tədbir görüb bu şəxsi işdən qovmalıdır", - deyə şikayətçi vurğulayıb.
Paylaşımları edən Samirə adlı gənc müəllim jurnalistin döyülmə anını paylaşaraq hadisəni lağa qoyub, jurnalistə yetirilən xəsarəti isə xüsusilə ələ salıb.
Sözügedən paylaşımı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlıların axın etdiyi ölkələr məlum oldu - QİYMƏTLƏR belə dəyişir
Səyahət etmək və istirahət üçün xarici ölkələrə üz tutan azərbaycanlıların seçimləri mövsümə, büdcəyə və turizm imkanlarına görə dəyişir. BAKU.WS-in məlumatına...