Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.
BAKU.WS xəbər verir ki, afişalarda sənətçinin 30 yanvar 2027-ci il tarixində Amsterdamda yerləşən "De Koning Saal"da konsert verəcəyi bildirilib.
Afişalarda Röya Ayxanın fotolarından istifadə olunub, bilet sifarişi üçün isə əlaqə nömrələri yerləşdirilib.
Məsələ ilə bağlı sənətçi rəsmi səhifəsində açıqlama yayıb.
Röya Ayxan bildirib ki, sözügedən tarixdə və məkanda konserti planlaşdırılmayıb, yayılan afişaların onun rəsmi komandası ilə heç bir əlaqəsi yoxdur.
Müğənni izləyicilərini saxta elanlara inanmamağa, bilet almamağa və heç bir ödəniş etməməyə çağırıb. O, konsertləri ilə bağlı məlumatların yalnız rəsmi səhifələrindən izlənilməsini xahiş edib.
Qalereya
Oxşar xəbərlər
Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi
Məşhur müğənni Emrah Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı video paylaşıb. O Azərbaycan xalqını...