Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutmasından 6 il ötür.
BAKU.WS xəbər verir ki, 2020-ci il noyabrın 10-da, gecə saatlarında Ermənistan silahlı qüvvələri Tərtər şəhərini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 10-da saat 00:20-də Tərtər şəhəri artilleriya atəşinə məruz qalıb. Hücum nəticəsində bir mülki şəxs xəsarət alıb.
Baş Prokurorluğun həmin gün yaydığı məlumatda da Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutulduğu bildirilib. Mərmilərdən birinin şəhər ərazisinə düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Sabir Məhər oğlu Məmmədov yaralanıb.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, hücum üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılmasının elan edildiyi gün baş verib. Bəyanata əsasən, 2020-ci il noyabrın 10-da saat 00:00-dan etibarən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulurdu.
Qeyd edək ki, Tərtər Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin intensiv artilleriya və raket hücumlarına məruz qalan rayonlardan biri olub. Rayonun yaşayış məntəqələrində mülki evlərə, sosial obyektlərə və infrastruktura ciddi ziyan dəyib.
Tərtər sakinləri müharibənin ən ağır günlərində belə doğma yurdlarını tərk etməyərək çətinliklərə sinə gəriblər.
Noyabrın 10-da baş verən hücum da 44 günlük Vətən müharibəsi zamanı Tərtər əhalisinin üzləşdiyi ağır sınaqların unudulmayan səhifələrindən biri kimi tarixdə qalıb.
Oxşar xəbərlər
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür. BAKU.WS xəbər verir ki, Mustafa Kamal Atatürk 188...