Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Gabar bölgəsində daha iki sahədə ümumilikdə 135 milyon barel neft potensialı müəyyən edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.
Ərdoğan bildirib ki, Qara dənizdə hasil olunan təbii qaz hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödəyir. "Osmangazi" gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması nəzərdə tutulur.
Türkiyə Prezidenti qeyd edib ki, 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu, ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar töhfə verəcək.
Oxşar xəbərlər
Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı"
Vətənin qəhrəman oğulları kimi o da şərəfli döyüş yolu keçib. 44 günlük Vətən müharibəsində əzmlə vuruşub. Noyabrın 8-də keçirilən əməliyyat zamanı ağır yaralan...