SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib

SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib
İqtisadiyyat 22

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X"dəki hesabında yazıb.

"Zəfərimizin 6-cı ildönümündə qəhrəmanlarımızı dərin ehtiramla anırıq! 8 Noyabr – Zəfər Günü münasibətilə SOCAR kollektivi ilə birlikdə Zəfər parkında yerləşən Zəfər abidəsini ziyarət etdik, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etdik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə yazılan Zəfər salnaməsində qəhrəmanlarımızın misilsiz fədakarlığı və Vətən qarşısındakı xidmətləri əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlam və uzun ömür arzulayıram!", - SOCAR rəhbəri qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər