Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Noyabrın 5-i günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 5-i axşam, 6-sı gecə isə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.
Oxşar xəbərlər
Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək...
Azərbaycanda kredit bazarında yeni sığorta mexanizminin tətbiqi gözlənilir. Yeni qaydalara əsasən, banklar istehlak krediti təklif edərkən müştərilərə işsizlikd...