AZAL-a dotasiya 20 %-ə yaxın artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn il Azərbaycanın dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" QSC-yə bu illə müqayisədə 19,5 % çox - 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə ayrılır.
Oxşar xəbərlər
Skuter sürənlərin DİQQƏTİNƏ - Bu qaydanı pozanlar CƏZALANDIRILACAQ
Bakıda elektrik skuterlərinin iştirakı ilə baş verən təhlükəli hadisələr narahatlıq doğurur. Bu dəfə skuter sürücüsü piyada keçidindən keçən qızı vurub. BAKU.WS...