Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Yeniliklərdən dərhal xəbərdar olun
"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, Bakı metropolitenində 10 yeni stansiyanın inşası planlaşdırılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, bu stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzərində yerləşəcək:
"Bu stansiyalardan birinin, Bakı metropoliteninin Bənövşəyi xəttinin 5-ci stansiyasının inşasının 2027-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli Qərarı ilə "20 Sentyabr" adlandırılan stansiyanın tikintisi son tamamlama mərhələsindədir.
Hazırda tikintinin norma və qaydalarına uyğun olaraq, memarlıq tərtibatı, abadlaşdırma işləri, infrastruktur quruculuğu davam etdirilir. Digər 9 stansiyanın layıhələndirmə işləri də yekunlaşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqəyə təqdim edilməsi üçün hazırlanır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib?
"Sentyabrın 23-dən bəri 676 760 sərnişin "Avtovağzal" və "Xocəsən" stansiyalarından ödənişsiz istifadə edib". BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropolit...