Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı

Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı
Sosial 43

Bakının Xətai rayonunda yerləşən 28 saylı şəhər poliklinikasında əsaslı təmir işlərinin aparılması planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək.

Layihənin ehtimal olunan qiyməti 1 milyon 513 min manat müəyyənləşdirilib. İşlər çərçivəsində poliklinikanın binasında əsaslı təmir işlərinin aparılması, dam örtüyünün və əlaqəli konstruksiyaların vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.

Təmir işləri başa çatdıqdan sonra tibb müəssisəsində daha təhlükəsiz və əlverişli şəraitin yaradılmasına, həmçinin pasiyentlərin və tibb işçilərinin rahatlığının artırılmasına töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər