Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Canlı yayım açan qadına gül atan 5 uşaq atası məhkəməlik olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 30 yaşlı Məmməd Muxtarov (ad şərti) yaşadığı evdə sərxoş halda tiktoker qadının açdığı canlı yayımına qoşulub. Yayım zamanı o, həmin qadına hədiyyə olaraq, gül atıb. Bunu görən onun 26 yaşlı həyat yoldaşı Samirə Muxtarova (şərti adla) qısqanclıqdan modemi cərəyandan ayırıb. Məmməd buna əsəbiləşdiyi üçün cütlü arasında mübahisə yaranıb.
Mübahisə zamanı Məmməd taxta parçası ilə arvadının qoluna zərbə vurub. Nəticədə qadının dirsək sümüyü sınıb.
Faktla bağlı M. Muxtarov barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və himayəsində 5 övladının olmasını bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə M. Muxtarov 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var
Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobillə...