ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəsə həsr olunmuş görüş keçirmək niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbir noyabrın 5-nə planlaşdırılıb.
"Xanım Tramp müharibə aparan iki ölkə arasında dialoq təşəbbüsü ilə müstəqil şəkildə çıxış edib və Oleşkidə, eləcə də ona bitişik Xerson vilayətində uğurla atəşkəsə nail olub. Bu nailiyyət ABŞ-nin birinci xanımının misilsiz diplomatik təşəbbüsünü özündə əks etdirir", - bəyanatda bildirilir.
Gözlənilir ki, cümə axşamı ABŞ-nin Şərq sahili vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da) Melaniya Tramp əldə edilmiş atəşkəs barədə bəyanatla çıxış edəcək.
Qeyd edək ki, oktyabrın 23-də ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, Rusiya və Ukrayna humanitar yardımın çatdırılması və dinc sakinlərin xüsusi müəyyən edilmiş təhlükəsiz dəhliz vasitəsilə təxliyə edilməsi üçün Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəlib.
Oxşar xəbərlər
Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var...
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin məhkəmə icraçılarına rusiyalı vətəndaşların MDB ölkələrindəki iş yerləri, bank hesabları, gəlirləri və digər aktivlər...