İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-dən mümkün hücum olacağı təqdirdə müharibənin Yaxın Şərqlə məhdudlaşmayacağını bəyan edib.
BAKU.WS xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya açıqlama verib.
O bildirib ki, ABŞ-nin istənilən yeni hücumuna əvvəlkindən daha genişmiqyaslı və sərt cavab veriləcək. General həmçinin İran Silahlı Qüvvələrinin müdafiə və hücum imkanlarının gücləndirildiyini vurğulayıb.
Qeyd edək ki, İranın ali rəhbəri Müctəba Xamenei oktyabrın 31-də yüksək rütbəli hərbi rəsmilərlə görüşündə ölkəyə qarşı istənilən hücuma dərhal və sərhəd tanımadan cavab verilməsi barədə göstəriş verib.
Oxşar xəbərlər
Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib
Gürcüstanda son günlər ərzində 101 əcnəbi ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var. BAKU.WS xəbər verir ki, bu barədə Gürcüst...